İnfluenser Nagehan Abdullayeva bir izləyicisinin şərhinə qəzəblənib.
OLAY yazır ki, bununla bağlı o, hekayə bölməsində paylaşım edib. Bir istifadəçi Abdullayevaya “Fərid başqa qadınlara yazmasın deyə hamiləlik yalanı dediyin bəlli idi” rəyinə bu cavabı verib:
“Susum deyirəm, amma olmur. Siz rahat durmursunuz. Həqiqətən də xəstəsiniz. Nə yeyib-içirsiniz? Bu nəyin “kafa”sıdı ? Fərid 2 aydır telefondan istifadə etmir. Telefonu bağlanıb, yenisini almaq ehtiyacı duymur. Bütün işlərini mənim telefonumdan həll edir. Həqiqətən bezdirdiniz. Deyək ki, biz ayrıldıq, Fərid gəlib sizi alacaq? Bunu yazmaq üçün xanım kimdirsə özünə saxta hesab açıb. Problemlidir”.