Xalq artistinin nəvəsinin vəziyyəti pisləşdi - FOTO

Xalq artistinin nəvəsinin vəziyyəti pisləşdi - FOTO

Rusiyanın Xalq artisti Valeriyanın iki yaşlı nəvəsi xəstəxanaya yerləşdirilib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki,  bu barədə ulduzun gəlini Liana Şulgina sosial şəbəkə hesabında məlumat verib. 

Ulduzun nəvəsi təcili yardım maşınının fotosunu, daha sonra xəstəxana xərəyində sistem altında yatan körpə Selinin şəklini yayımlayıb. 

"Uşaqlar xəstələnəndə bu, ürək ağrısıdır" deyə Liana şərh yazıb. 

Hələlik uşağın anası tam olaraq nə baş verdiyi barədə heç bir məlumat verməyib. Xatırladaq ki, Liana və Valeriyanın kiçik oğlu Artemiy 2020-ci ildə ailə qurub, 2021-ci ildə isə cütlüyün bir qızı olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun