"Eşitdim Nanənin verilişinin layihə rəhbəri dəyişib. Sevindim ki, nə isə kreativlik olar. Amma Nanə yenə həminki Nanədir".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) Nanə Ağamalıyevanın ünvanına deyib. Tolik aparıcının verilişini ələ salıb:
"Yenə çağırıb Pünhanı, atasının görüntülərini göstərir, ağladır. Ay Nanə, ağlatmasan olmur? Millət sevindi ki, ağlamağın yerinə qalmaqal gəlib, indi yenə keçdin yasxanaya? Atalar yaxşı deyib, qozbeli qəbir düzəldər".
Tolik aparıcı Zaur Kamala səslənərək "Zaur Kamal, sən və bir neçəsi də var ki, insanları efirdə ya sındırırsız, ya ağladırsız" sözlərini söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun