Səbinədən Nigarla bağlı qalmaqallı sözlər

Səbinədən Nigarla bağlı qalmaqallı sözlər

Əməkdar artist Səbinə Babayeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Söz baz" proqramına müsahibə verən müğənni "Avroviziya 2011" qalibi Nigar Camalın "Avroviziya" iştirakçılarından ancaq biz yaddaqaldıq, başqaları unuduldu" sözlərinə reaksiya verib:

"Bu, Nigar Camalın fantaziyasıdır. Mənə görə ən çox yaddaqalan mən və Alim Qasımovun çıxışı oldu. Digər yaddaqal ifalar 2008-ci ildə müsabiqəyə qatılan Elnur Hüseynov və Samir Cavadzadənin çıxışı, eyni zamanda Aysel Teymurzadə və Araş olub. Təbii onlar yadda qalıblar, çünki birinci olublar. Amma oxuduqları mahnı zəifdir".

S.Babayeva yenidən "Avroviziya" yarışmasına qatılmaq istədiyini söyləyib:

"Ola bilər. Çünki mənə ehtiyac var. Mən və Fərid Məmmədovdan sonra belə beşlik və ya onluğa düşən olmayıb. Ona görə də qatılacağam".

Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə "Running scared" mahnısı ilə "Avroviziya"da birinci olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun