Xalq artisti Miri Yusif yeni layihələrindən və işlərindən danışıb.
Sənətçi OLAY-ın kamerası qarşısına keçərək sualları cavablandırıb:
“Gördüyünüz kimi hər şey qəşəngdir. Yeni layihələrimiz var. Ətrafımda olan həmkarlarımız, gözəl insanlar dəstək olurlar. “Alatava”nın soundtrekini oxumuşam. “Vurulmuşdum” adlanır. Çox güman ki, insanların xoşuna gəldilər. Sevdilər. Yutubdadır. Yayda ənənəvi olaraq Yaşıl Teatrda 12-13-14 iyulda 3 günlük konsertimiz gözlənilir. Bilirəm ki, dəvət etməsəm də, hamınız ordasınız. Çox fərqli və maraqlı şou gözlənilir”.
M. Yusif həmçinin “Maska” şoudakı maskası – Qorillanın konsertdə olub-olmayacağından söz açıb:
“Xasiyyət olaraq Qorilla səhnədə olacaq. Maskanın səhnədə olacağı isə sirr kimi qalsın. Onu indi açıqlamaq tezdir. Konsertlərdə görüşərik”.
Sənətçi “Bu il bir ulduz həmkarınızla ilə duet ifanız olacaqmı” sualına “Mənim duetlərim sizinlədir” cavabını verib.
Video: Soltan İbrahimov