"Mən dünyaya belə gəlmişəm. İki yaşımdan rəqs edirəm, oxuyuram".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova "Tarixin bir günü" verilişində deyib.
İfaçı özünə rəqib görmədiyini bildirib:
"Mən rəqib axtaran adam deyiləm. Açığı desək, mənim janrımda mənə bənzəyən biri də yoxdur. Əgər olsa idi, rəqibdən, rəqabətdən danışmaq olardı. Amma hazırda mən özümə rəqib görmürəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun