"Onlar lazımi qurumlar tərəfindən ortaya çıxarılacaq"

"Onlar lazımi qurumlar tərəfindən ortaya çıxarılacaq"

Xəbər verdiyimiz kimi, ötən gün məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı teleqram kanallarının birində məlumat yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti Tünzalə Ağayeva məsələ ilə bağlı paylaşım edib.

"Panika və narahatlıq yaradan bu cür xəbərin sonunda boş bir xəbər olacağına ümid edirəm. İnsanların rahat həyatını pozmağa cəhd göstərənlər, inşallah, ən tez zamanda lazımi qurumlar tərəfindən ortaya çıxarılacaqlar. Hər birimizin diqqətli və ehtiyatlı olacağına inanıram. Allah yar və yardımcınız olsun" deyə, müğənni paylaşımında yazıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun