Nigar İbrahimova stilistlərdən danışdı

Nigar İbrahimova stilistlərdən danışdı

Stilist Nigar İbrahimova həmkarları ilə bağlı maraqlı açıqlamalar edib.

OLAY yazır ki, o, “10-da görüşək” verilişində aparıcı Samir Bayramlının adlarını çəkdiyi stilistlərlə bağlı öz fikirlərini səsləndirib.

“Anar Ağakişiyev haqqında heç bir şey demək istəmirəm. Mənim deyəcəyim bir şey deyil. Ünsiyyətimiz yoxdur. Elnur Həsənov özünə aid olan işini, makiyajını çox gözəl icra edir. İfaçıları geyindirir, bir söz demirəm. Ortada çox əmək sərf olunur, amma bu onun zövqünə bağlıdır. Bəyənirəm, amma mükəmməl sözünü deyə bilmərəm. Elnuru saç və makiyaj ustası kimi qəbul edirəm. Günəş xanım makiyaj ustasıdır, stilist deyil. Şəfəq də saç və makiyaj ustasıdır. O da bəlli bir tərəfdən çalışır. Onun da bir texnika yolu var, onun mükəmməlidir”, - deyə, İbrahimova bildirib.