Kəmalə Qaramollayeva 2-ci dəfə evlənibmiş

Kəmalə Qaramollayeva 2-ci dəfə evlənibmiş

Müğənni Kəmalə Qaramollayeva 2-ci evliliyindən danışıb.

OLAY yazır ki, ifaçı diplomatla ailə qurduğunu və zaman-zaman ayrı yaşadıqlarını bildirib. Bu haqda o, “Ay Zaur” verilişində məlumat verib və qeyd edib ki, çəkiliş edilən ev onun oğlunun evidir.

“2-ci dəfə ailə qurmuşam. Həyat yoldaşım diplomatdır. O, işiylə bağlı xaricdə çox olur, o olmayanda öz evimdə qalıram. Mənim subyektiv fikrimdir, heç vaxt ailə qurduğum kişini öz evimə gətirmərəm. Onun evində qalıram. Bu ev oğlumun evidir”, - deyə, müğənni söyləyib.