"Məni iki ay efirlərinizə çağırmayın" - VİDEO

"Məni iki ay efirlərinizə çağırmayın" - VİDEO

"Buradan üzümü bütün televiziyalarda çalışan prodüserlərə tuturam, sizdən artıq dəcərədə xahiş edirəm, məni ən azı 2 ay efirə çağırmayın". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib. 

Sənətçi bildirib ki, getdiyi verilişlərin əlindən zaman tapıb ev işləri ilə məşğul ola bilmir: 

"İndi bu sözlərimdən sonra bəzi insanlar deyəcəklər ki, minnətin olsun, sənətçilər efirə çıxmaqdan ötrü pul ödəyir, səni isə pulsuz çağırırlar və naz edirsən. Amma inanın ki, evdə qaşığın, çəngəlin, döşəmə taxtası və əskinin, zibil qabının, tozsoran aparatının yerini bilmirəm.
Evə gələn qonağı qarşılaya bilmirəm. Kimsə bizə qonaq gəlmək istəyəndə "efirdəyəm" deyib onu qəbul etmirəm. Heç bir işimi çatdıra bilmirəm. Elə başa düşürlər ki, bunu simicliyimdən edirəm. Novruz bayramı gəlir və evdə Allahın şəkərburası, paxlavası yoxdur. Efirdən çıxıb özümüzü evə leş salırıq. Halımız olmur. Bu şikayətlərimi dinləyin. Xətrinizə dəyə bilmirəm. Bir efirdən imtina etməyib gedəndə, digərinə getməyəndə artıq inciyirlər". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun