Müğənni Tacir Şahmalıoğlu ATV kanalında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Tacir Şahmalıoğlu bu sözləri deyib:
"Mən ikinci dəfə ailə qurmuşan. İlk evlilikdən övladım yoxdur, altı-yeddi aydan sonra həyat yoldaşımdan ayrıldım. Əslində, səhv addım atmışdım. Düşünmədən, böyüyümün sözünə baxmadan hərəkət etmişdim. Evliliyim alınmadı. Gördüm ata-ana xeyir-duası olmadan xoşbəxt olmaq qeyri-mümkündür... Bunu yaşadım, gördüm. İkinci nikahım isə 29 yaşımda baş tutdu".
Qeyd edək ki, Tacir Şahmalıoğlu Kəmalə adlı xanımla ailəlidir. Onların iki övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun