Həmin hücumdan sonra seriallara SƏRT DƏYİŞİKLİK: Zorakılıq səhnələri azaldılır

Həmin hücumdan sonra seriallara SƏRT DƏYİŞİKLİK: Zorakılıq səhnələri azaldılır

Türkiyədə baş verən son silahlı hücumlardan sonra televiziya sektorunda ciddi dəyişikliklərə start verilib.

Milli.Az xəbər verir ki, Kahramanmaraşda doqquz nəfərin həyatını itirdiyi hadisə cəmiyyətdə böyük rezonans doğurub və xüsusilə seriallardakı zorakılıq səhnələri yenidən müzakirə mövzusuna çevrilib.

  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar - Azərbaycanda da çox məşhurdur 

Məlumata görə, prodüserlər ssenarilərdə dəyişiklik etmək qərarına gəlib. Zorakılıq və silah elementlərinin azaldılması istiqamətində addımlar atılır, bəzi serialların isə yeni bölümləri yayım cədvəlindən çıxarılıb.

Eyni zamanda, reklam şirkətləri də bu prosesə qoşulub. Bir sıra böyük şirkətlər zorakılıq məzmunlu seriallara dəstək verməyəcəklərini açıqlayıb. Bu qərar televiziya istehsalçılarını daha ehtiyatlı və fərqli məzmunlara yönəlməyə vadar edir.

Mütəxəssislər hesab edir ki, yaxın vaxtlarda televiziya seriallarında daha yumşaq və sosial məsuliyyətli süjetlərin üstünlük təşkil etməsi gözlənilir.

Fidan
Milli.Az