Aparıcı Afaq Gəncəli şou-binzesin hazırdakı durumundan gileylənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Söhbət var" proqramında danışan aparıcı yeni gələn simaların özlərini sözünü demiş sənət adamlarına oxşatdığını deyib:
"Düşünürəm ki, o pıçhapıçlar, qalmaqallar olmasaydı indi şou-biznes inkişaf etməzdi. İndi onsuz da durğunluqdur, yoxdu, onları tərpədən yoxdur. Əlçatmazlar onsuz da əlçatmazdır. Dəyirman fırlanır, yenilər gəlir. Yenilər özlərini sözünü demiş, artıq səhnədə külüng vuranlara oxşadırlar. Deyir, o danışmırsa, qalmaqal yaratmırsa, mən də etmirəm. Daha demirsən ki, onun etdiklərinə, gördüklərinə, keçdiklərinə, gəlib bu yerə çıxdıqlarına bax, sonra danış. Ona görə də mənə maraqsızdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun