Avroviziya təmsilçimiz Fahree səhnədəki tərəf müqabili İlkin Dövlətovla bağlı açıqlama yayıb.
OLAY yazır ki, bununla bağlı o, instaqramda post paylaşıb və İlkinə təklifini qəbul etdiyi üçün təşəkkür edib:
“Avroviziya mahnımdakı dəyişiklikləri tam olaraq həyata keçirdim və buna görə çox xoşbəxtəm. İlkin sağ olsun, ifası ilə mahnının muğam hissəsinə xəyal etdiyim rəngləri qatdı, ürəyimdə, ağlımda yaşatdığım ideyanı gerçəkləşdirdi. Avroviziya səhnəsini mənimlə paylaşmaq təklifini qəbul etdiyin üçün çox sağ ol, əziz dost”.