Şəbnəm: “Rozaya böyük kimi hörmət edirik, amma...”

Şəbnəm: “Rozaya böyük kimi hörmət edirik, amma...”

"Bu xanım (Vəfa Şərifova nəzərdə tutur - red.) bəzən etiraflar edir. Amma bir şeyi düzgün demədi... Amma kim deyibsə o xanıma ki, Tovuz rayonunda 1 saylı "Babək" adına musiqili məktəbi yoxdur... 1998-1999-ci illərdə bu təhsil olacağı fəaliyyət göstərib. Adı sonradan dəyişilib "Aşıq Əsəd" olub. Orada Tünzalə Ağayeva, Afət Fərmanqızı təhsil alıb. O təhsil ocağının adı dəyişilib. Kim məlumatı o xanıma veribsə səhv verib. Məni xalqın içində yalançı çıxartmayın. Mən hər zaman sözün düzünü demişəm. Yalan heç zaman danışmamışam". 

Vəfa Şərifova və Şəbnəm Tovuzlunun estetiksiz halı şoka saldı - VİDEO 
Bir zənglə Vəfa ilə Şəbnəmi BARIŞDIRDI
Vəfa və Şəbnəm yenə DALAŞDILAR: "Tülkü kimi..." - VİDEO

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi aralarında qalmaqal yaşadığı həmkarı Vəfa Şərifova ilə münasibətlərindən söz açıb. Şəbnəm onu həmkarı Roza Zərgərlinin bir zəngi ilə Vəfa ilə barışması olayını yalanlayıb. Tovuzlu bildirib ki, Şərifova ilə barışmayıb: 

"Rozaya böyük kimi hörmət edirik. Heç kimlə də barışmamışam. Həmin xanım 2010-cu ildən toylara gedib, oxuyur. Çox illərin ifaçısıdır, sadəcə 3 ildir ki, tanınır. Amma məni çalışmasınlar ki, insanların gözündə yalançı çıxartmağa. Mən Vəfa ilə barışmamışam. Sadəcə Roza Zərgərli mənə onunla barışmağım üçün zəng edəndə söylədim ki, "Aramızda olan bu söz-söhbətlər bitsin və sakitçilik olsun". 

Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib. Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. Şəbnəm isə bu səsli mesajların "köhnə" olduğunu vurğulayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun