Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədovdan danışarkən göz yaşını saxlaya bilməyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan müğənniyə həyat yoldaşı haqda suallar ünvanlanıb.
"Həyat qurbanlarını özü seçir. Hər kəsin daxilində bir sınıqlığı var. Onun məzarına gedəndə çox xoşbəxt idim. Çətin anlarım olanda, nəsə bir pis şey baş verəcəksə, xəbərdarlıq etmək üçün yuxuma gəlir. Ruhlar heç vaxt ölmür. Dünyadan gedən lazımsız cismimizdir. Bir daha əmin oldum ki, onun ruhu yaşayır. Bilmişdi ki, biz gələcəyik və yuxuma girdi. 33 ildir cismən yanımda deyil. Bu, sevgi deyil. Bu, sevgidən daha üstün bir hissdir".
Qeyd edək ki, G.Əliyevanın bu nikahdan bir oğul övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun