"İftar menyularının qiymətini qaldırıblar, "kassa savabı" edirlər" - VİDEO

"İftar menyularının qiymətini qaldırıblar, "kassa savabı" edirlər" - VİDEO

Aktyor Elcan Rəsul növbəti paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sosial şəbəkə hesabında restoranların "Ramazan ayı"nda süni qiymət artımına yol vermələri haqda videomüraciət yayımlayıb.

Elcan restoranların "iftar süfrəsi"nin qiymətinin 55 manata qədər qaldırılmasına sərt şəkildə reaksiya verib:

"Bu gün restoranlarda gördüyüm mənzərədən danışmaq istəyirəm. Günorta saatlarında 9-10 manata yalvarıb satdıqları "business lunch"ın (biznes nahar) yanına  2 ədəd xurma və bir stəkan suyu əlavə ediblər, adını isə qoyublar "iftar süfrəsi". 

Qiymətini isə qaldırıblar 25-55 manat arası. 

Bu "Ramazanda" insalar oruc tuturlar və bir-birinə "iftar süfrəsi" açırlar ki, savaba yazılsın... Amma restoranlar özlərinə belə "savab" edirlər. Bunun adı isə "kassa savabıdır".  Bir az bu məsələlərdə diqqətli olmaq lazımdır. Hər şeydən külli miqdarda pul qazanmaq olmaz. Nəyi kütləvi görürük, onun da qiyməti beş dəfə qalxır. Belə olmaz!"

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun