“Aylıq 500 manat çoxdur” - Anar “Azparking”dən şikayətçidir

“Aylıq 500 manat çoxdur” - Anar “Azparking”dən şikayətçidir

Stilist Anar Ağakişiyev “Azparking”lə bağlı şikayətlərindən “Günə son” verilişində danışıb.

OLAY yazır ki, o, hər ay parkinqə 500 manat ödədiyini dilə gətirərək məbləğin çoxluğundan narazılıq edib.

“İşçilərimdən də rica edirəm, Azadlıq Meydanında yeraltı parkinqdə saxlayıb piyada gəlirlər. Aylıq 250 manat dözülən haldır, amma aylıq 500 manat parkinqə verirsən. Bayıra asılan reklama aylıq 1500 manat, icarə haqqı, icarə haqqının vergisini verirsən, vergi ödəyirsən. Düşünməyin ki, obyekt sahibi milyon qazanır. Bu belə çıxır ki, mən obyekti bağlayım. Xaricdə həftə sonu pulsuzdur. Bizdə saat 9-10-dan sonra pulsuzdur. O saatda mən burada pulsuz parkinqi nə edirəm. Qurum qiymətləri, şərtləri nəzərdən keçirsin. Xarici vətəndaşları qeydiyyata almağı da nəzərdən keçirsin”, - deyə, Ağakişiyev bildirib.

Qeyd edək ki, Anar mövzu ilə bağlı dəfələrlə sosial media hesablarında “Azparking”lə bağlı şikayətlərini paylaşıb.