Rejissor Kristofer Nolanın "Oppenheymer" filmindən nə qədər qazandığı bəlli olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rejissor ekran işinə görə 100 milyon dollardan bir qədər az qazanıb.
Bu məbləğə qonorar, xərclər üçün kompensasiya, kassa gəlirlərinin faizi və "Oskar 2024"ün qalibi kimi bonus daxildir.
Qeyd edək ki, filmin premyerası iyulun 19-da olub və o vaxtdan bəri ekran işi dünya üzrə kassada təxminən 958 milyon dollar qazana bilib. "Vatiety" nəşrinin məlumatına görə, film yenidən yayımlandıqdan sonra milyard dollarlıq həddi keçəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun