Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, Xalq artisti Brilliant Dadaşova bununla bağlı video yayımlayıb. Müğənni bildirib ki, sırf həmin xəbərdən sonra alış-veriş mərkəzinə yollanıb.
"Deyirlər uşaqları məktəbə aparmayın, alış-veriş mərkəzlərinə getməyin. Mən də gəldim alış-veriş mərkəzinə. Bizim ölkəmiz əmin-amanlıq ölkəsidir. Belə dedi-qodulara inanmayın" deyə, Dadaşova videoda söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun