Narkotik aludəçisi olması ilə bağlı iddialara cavab verdi

Narkotik aludəçisi olması ilə bağlı iddialara cavab verdi

Türkiyəli aktyor Erdal Beşikçioğlu narkotik istifadəçisi olması ilə bağlı haqqında çıxan iddialara münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor hazırda narkotik asılılığından müalicə alıb-almaması ilə bağlı sualı belə cavablandırıb.

"Narkotik satdığıma görə mənə cinayət işi açdılar, daha sonra məni istifadəçiyə çevirdilər. Anam fikirdən 6 ayın içində vəfat etdi. Belə bir şey heç vaxt olmayıb. 

Bu etiraza aksiyalarında iştirak etdikdən sonra oldu. Həmin ərəfədə bir çox sənət adamları belə qəribə və alçaldıcı şeylərə məruz qalırdılar. Bu da onlardan biri. Bu, heç vaxt olmayıb və olmayacaq da" deyə, Erdal bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun