Aparıcı Mətanət Əliverdiyeva evinin qarşısında itlərin hücumuna məruz qalıb.
OLAY yazır ki, o, küçədə xeyli it olduğundan axşam saatlarında maşınından düşməyib və itlərin getməyini gözləyib. Bu barədə o aparıcısı olduğu “Xəzər axşamı” verilişində danışıb.
“Axşam saat 11-ə işləmiş evə gedib çatmışam. Mən 40 dəqiqədən çox maşından düşmədim. Çünki 20 dənə quduz it dayanmışdı. Düşsəydim məni parçalayardılar. Avtomobildən 12-yə işləmiş düşmüşəm. Demirəm ki, heyvanları qətl edin. Türkiyədə hamısını peyvəndləyirlər. Bəlkə, acdılar. Bir dənə, iki dənə olsa, özünü qoruyarsan”, - deyə, o, bildirib.
Əliverdiyeva Corat qəsəbəsi ərazisinə nəzarət edənlərə müraciət edərək itlərin peyvənd olunmasını xahiş edib.