Aktyor Elməddin Cəfərov növbəti açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, o, ötən il Türkiyə və Azərbaycan filmlərindən gələn təklifləri geri çevirib. Bu barədə Cəfərov “Xəzər axşamı” verilişində danışıb.
“Bir ara Türkiyədən çox təkliflər oldu. Çəkildik, orada verilişlərdə qonaq oldum. Sonra, çox təəssüf ki, pandemiya oldu. Ötən yay bir dənə Türkiyədən, bir dənə Azərbaycandan təklif gəldi. Bir az radikal qərar verdim. Türkiyədən böyük maliyyə təklif etdilər. Heç vaxt o qədər təklif olunmayıb. Çəkiliş 2-3 ay olacaqdı. Uzun müddət qalmaq istəmədim. Azərbaycandakı filmi də qəbul etmədim. Orxan Mərdanın “Səma ilə görüş” filmi idi”, - deyə, o, bildirib.