"Harri Potter" film seriyasında rol alan aktrisa Miriam Marqolis ekran işinin yaşca böyük pərəstişkarlarını lağa qoyub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 82 yaşlı aktrisa bəzi izləyicilərin üzərindən 25 il keçməsinə baxmayaraq insanların "Harri Poter" temalı nələrsə etməsini anlamadığını deyib. O, ekran işinin izləyicilərinə böyümələrini təklif edib:
"Harri Potter" pərəstişkarları üçün narahatam. Onlar indiyə qədər bunu aşmalı idilər. 25 il əvvəl olub. Bu, uşaqlar üçün bir hekayədir. İnsanlar mənə deyirlər: "Harri Potter" temalı toyumuz olacaq. Fikirləşirəm ki, bu, necə olacaq? Təsəvvür etmək qorxuncdur!".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun