"Əslində mama demişdi ki, qızımı dekabrda verəcəm, gedəcək. Elə o dediyi tarixdə də verdi, getdim".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova "Tarixin bir günü" verilişində deyib.
O, ailə qurması ilə bağlı ilk dəfə danışaraq, bəzi sualları cavablandırıb:
"Dekabrda imam nikahı oldu. Biz toy etmək istəmirdik, böyük qadın məclisi keçirmək istəyirdim. İstəyirdim ki, "ZAQS"ımın tarixi "zerkalnı" olsun. Ona görə də nikahı saldıq yanvarın 24-nə - bir ay sonraya. Oldu 24.01.2024. Hər kəs elə bilir ki, biz yanvarın 24-də evlənmişik, amma biz dekabrdan evliyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun