Aysel övladının xəstəxanaya yerləşdirilməsindən DANIŞDI: “Bizi..." - FOTO

Aysel övladının xəstəxanaya yerləşdirilməsindən DANIŞDI: “Bizi..." - FOTO

Aparıcı İlkin Həsəninin xanımı, influenser Aysel Həsəni övladları Rain və Alisanın səhhətindən danışıb. 

Milli.Az bildirir ki, bu barədə o Olay.az-a açıqlamalar verib.

Aysel bildirib ki, onların sağlamlıqları öz qaydasına düşüb:

"Yaxşıdır. Qorxutdu bizi. Uşaqların arasında yayılan virus idi. İkisinin də səhhəti yaxşıdır. Qızım dörd həftədir məktəbə getmir. Yenə də ciddi bir şey deyil".

A.Həsəni həmçinin həyat yoldaşı ilə birgə yayımladığı videodan da söz açıb:

"Davamı ola bilər. Çox soruşurlar. Yəqin ki, nəsə edəcəyik. Sırf səhifəmi bu yöndə işlətməyəcəyəm. Çünki mənim səhifəm özümə aiddir. Gündəlik həyatımı bölüşürəm. Onun üçün deyirəm ki, mən bloqer deyiləm, inlfuenserəm. Gündəlik həyat tərzimi, makiyajımı, baxımımı və geyimlərimi paylaşıram. Belə davam edəcəyəm. Normalda da saçım qısadır. Sadəcə bu dəfə daha çox qısaltdıq. Öz rənginə qaytardıq". 

Qeyd edək ki, bir müddət öncə cütlüyün övladı Rainin səhhətində problem yaranıb, o, xəstəxanada müalicə olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun