Meyxanaçı Namiq Qaraçuxurlunun arxiv görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, sözügedən video meyxana deyişmə məclislərindən birində lentə alınıb. Kadrlarda sənətçinin özünəməxsus improvizasiya bacarığı və söz ustalığı bir daha diqqət çəkir.
Qısa müddətdə yayılan görüntülər izləyicilər arasında geniş müzakirələrə səbəb olub. İstifadəçilər meyxanaçının köhnə performansını xatırlayaraq onun sənətdəki yerindən və yaradıcılığından söz açıblar.
Video xüsusilə meyxana sevərləri tərəfindən maraqla qarşılanıb və nostalji hisslər oyadıb.
Musa
Milli.Az
















