Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin rəqsi yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər sənətçinin iştirak etdiyi məclislərdən birində lentə alınıb. Kadrlarda Məmmədbağır Bağırzadənin özünəməxsus rəqs tərzi diqqət çəkir.
Qısa müddətdə yayılan video izləyicilər tərəfindən maraqla qarşılanıb. İstifadəçilər mərhum sənətçinin ifaçılığı ilə yanaşı, onun şən və səmimi obrazını da xatırladıqlarını qeyd ediblər.
Paylaşım sosial mediada nostalji hisslər yaradaraq geniş müzakirələrə səbəb olub və sənətkarın yaradıcılığına marağı yenidən artırıb.
Musa
Milli.Az
















