Nagehan Fəridin xəyanəti barədə iddialara ilk dəfə CAVAB VERDİ

Nagehan Fəridin xəyanəti barədə iddialara ilk dəfə CAVAB VERDİ

Türkiyəli bloger Nagehan Abdullayeva həyat yoldaşı Fərid Abdullayevlə barışandan sonra yenidən Azərbaycana gəlib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, əri ilə tez-tez küsüb-barışan Nagehan qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində Fəridlə ayrılığın səbəblərindən danışıb. 

Bloger bildirib ki, həyat yoldaşı ilə ayrılmasının səbəbi çoxları düşündüyü kimi qarşı tərəfin xəyanət etməsi olmayıb: 

"Nagehan və Fərid mövzuları sosial şəbəkələrdə çox müzakirə olundu. Mən də bizim aramızda baş verənlərlə bağlı suallara cavab verirdim və əhvalım, əsəblərim pozulurdu. Ya mən fikirlərimi düzgün izah edə bilmirdim, ya da o qurduğum cümlələri türk beyni ilə dilə gətirdiyim üçün düz zənn edib, yanlış danışırdım.

Bu isə məndən qaynaqlanan bir məsələ idi. Əkizlər bürcüyəm, sevgimi və hisslərimi çox aşırı yüksək dərəcədə yaşayıram. Fəridlə dava edəndə hər zaman onu günahkar bilirdim. Amma sonra düşünüb anladım ki, 30 yaşa qədəm qoyduqdan sonra fikirlər çox dəyişir. İnsan daha da yetkinləşir. Bu yaşa gəldikdən sonra anladım ki, mənim də Fəridlə münasibətlərimdə xətalarım çoxdur. Xətalarımı dərk etdim.

Bir şeylərə əsəbiləşəndə sakit şəkildə nələrisə deyib, müzakirə etməkdənsə aqressiv şəkildə reaksiya verirdim. Ailə münasibətlərində özümdə də günah gördükdən sonra artıq bu mövzuları ortalığa çıxarmamağı özümə söz verdim.

Fərid-Nagehan artıq bir marka. İzləyicilər bizi çox sevir. 7 il ailə həyatımızda münaqişələrimizi izləyicilər görsələr də, heç zaman maskalanmadım və demədim ki, biz çox əlayıq, amma kamera arxasında davalar etmədik.

O ki qaldı Fəridin guya xəyanət etməsi və bu səbəbdən mənim Azərbaycanı tərk etməyim kimi səslənən iddialara, bunların hamısı yalandır. Fərid mənə xəyanət etməyib. Mən bu xəyanət məsələsini şəxsən özüm araşdırdım, amma belə bir şey yoxdur.

Mənim Azərbaycandan getməyimin Fəridlə heç bir əlaqəsi yoxdur. Hər zaman demişəm ki, ayrılıq olsa da, hər zaman Azərbaycanda qalacağam. Çünki mən 5 ildir ki, burada yaşayıram. Azərbaycan mənə öz Vətənim Türkiyədən daha doğmadır.

Mən Türkiyədə 23 yaşımda ailə qurmuşam. 25 yaşında isə Azərbaycana gəlmişəm. Artıq 30 yaşındayam və bütün həyatım Azərbaycandadır". 

Qeyd edək ki, cütlük 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında tanış olub və orada nikah bağlayıb. Onların bir qız və bir oğlan övladı var. Nagehan Fəridlə bir neçə dəfə ayrılsa da, daha sonra onlar barışıblar. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun