Müğənni Zamiq Hüseynov dünənki futbol matçı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində video paylaşıb.
“Ağlım kəsəndən futbol azarkeşiyəm. Bu gün “Qarabağ”a olan haqsızlıq heç vaxt qarşıma çıxmayıb. Aldığımız qırmızı kart gülünc idi. İnanıram ki, bütün dünya hakimə güldü. 7-ci dəqiqədə vurulan qol, inanılmaz dərəcədə haqsızlıq idi. Fəxr edirəm ki, “Qarabağ” klubu Almaniya ligində zirvədə olan Leverkuzenin dizini yerə qoydu. Qurban Qurbanov, biz sizinlə fəxr edirik. Bu sevinci bizə yaşatdığınız üçün təşəkkür edirik. Dünyaya sübut etdiniz ki, “Qarabağ” böyük klubdur. Dünya futbolunda böyük haqsızlıq oldu”, - deyə, Zamiq bildirib.