Aparıcı İlkin Həsəni və influenser Aysel Həsəninin (icelinee) qızları Alisa xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, bu barədə Aysel məlumat yayıb. O bildirib ki, gecə qızının qızdırması 40-a yüksəldiyi üçün xəstəxanaya aparıblar.
Aysel deyib ki, onlar qızılca olduğunu düşünsələr də, əslində skarlatina virusuna yoluxduğu məlum olub. Bundan başqa, o, deyib ki, ciddi bir şey olmadığı üçün xəstəxanadan evə aparıblar.