Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qarabağ" Almaniyada "Bayer"in qonağı olub.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, gərgin oyunu Xalq artisti Röya Ayxan yaxın dostları ilə birgə dəbdəbəli villasında seyr edib.
Röyanın qonaqları arasında həmkarları "Şipşirin" ləqəbi ilə məşhurlaşan müğənni Elçin Cəfərov və Mehin Hümbətova olub.
Xalq artisti "Qarabağ" tərəfindən "Bayer"in qapısına qol vurmasını canfəşanlıqla qarşılayıb.
"Neçə ildən sonra mən avtomobil sürəcəyəm. Bəli, mən bunu əhd eləmişəm",- deyə Röya vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunda "Qarabağ" 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun