Aygün Bəylərin keçmiş əri onun məzarından FOTO paylaşdı

Aygün Bəylərin keçmiş əri onun məzarından FOTO paylaşdı

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət özünün sosial şəbəkədəki hesabında mərhum sənətçinin məzarının şəklini paylaşıb.

Milli.Az bildirir ki, modern.az-ın məlumatına görə, bununla da Rəsul Vilayət Aygün Bəylərin ölümündən kədərləriyini ifadə edib.

Sosial şəbəkə istifadəçiləi isə Rəsul Vilayətə başsağlığı veriblər.

Rəsul Vilayət bugünə kimi Aygün Bəylərin vəfatına reaksiyasını bildirməmişdi.

Uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunan Əməkdar artist Aygün Bəylər 2024-cü il yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib. Mərhum Bakıdakı Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı dünyaya gəlib.

14 yaşlı Canan hazırda Bakıda xalasının himayəsində yaşayır.

Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb.

O, hazırda Berlində özünün yaratdığı "Barini MUSIC Production" şirkətinə rəhbərlik edir.

Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir - 2 oğlan, 1 qız.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun