Müğənni Rəqsanə İsmayılova “Tarixin bir günü” verilişində qalmaqallı açıqlamalar edib.
OLAY yazır ki, ifaçı ad çəkmədən bir qadının ünvanına sərt ifadələr səsləndirib.
“Tik-Tok açıb mənim adımı çəkə bilməz. Mən nə Xalq artisti deyiləm, nə başqa müğənnilərdən deyiləm, feyk profillər açsın, otursun yazsın. Mənim haqqımda çaşa bilməz. Mənim və ailəm haqqında kimsə çaşarsa, onun dilini boğazından çıxararam. Mənim heç kəslə işim yoxdur. Başımı salmışam işimlə, gücümlə, ailəmlə, balalarımla məşğulam. Heç kəsin ailəsinə toxunmaram. Çünki ailə müqəddəs bir nemətdir. O ailəni qoruyub saxlamaq lazımdır. Hərənin öz həyatı özünə maraqlıdır. Mənim övladlarıma heç kim toxuna bilməz. Mən həyatımı onlara qurban etmişəm. Balalarıma toxunduğuna görə də, mən uçdum Moskvaya gəldim. Sadəcə olaraq, getsin bir həci xanıma, Manaf Ağayevə qurban olsun ki, mən onların üstündən keçə bilmədim. Çünki onlar mənə deyəcəklər ki, “Rəqsanə, lazım deyil”. Yoxsa həmin adamı deportasiya etdirib göndərəcəkdim Azərbaycana. O mənim şərəf və ləyaqətimə toxunub. Səslərini yazıb mənə göndəriblər. O səslərə qulaq asanda mən dəli oldum. Mənim uşaqlarım bilirlər məsələ nədən gedir. Bir insanı yerinə oturtmaq lazım idi, onu da etdim. Çaşarsa, o bilir ki, onu məhv edərəm. Mənim heç kəslə işim yoxdur, heç kəsin də mənlə olmasın”, - deyə, o, bildirib.