İstanbulda səhnələşdirilməsi planlaşdırılan "Gırgıriye" adlı tamaşa gözlənilməz hadisə ilə yarımçıq qalıb. Premyera öncəsi zalda yaranan narazılıq gərginliyə səbəb olub.
Milli.Az xəbər verir ki, tamaşaçılardan biri səhnəni aydın görə bilmədiyini bildirərək etiraz edib. Bu vəziyyətə reaksiya verən təcrübəli aktyor Müjdat Gezen səhnəyə çıxaraq, çoxsaylı şikayətləri əsas gətirib: "Bu qədər şikayət olduğuna görə bu gecəki tamaşanı ləğv edirik" deyərək səhnəni tərk edib.
Hadisədən sonra aktyorun səhhətinin pisləşdiyi bildirilib və o, xəstəxanaya aparılıb. Komandanın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, baş verən insident zamanı sənətçinin vəziyyəti nəzərə alınaraq tamaşanın təxirə salınmasına qərar verilib.
Bildirilib ki, yaxın günlərdə tamaşanın yenidən nümayişi planlaşdırılır.
Fidan
Milli.Az

















