Türkiyəli sənətçi Fatih Ürekin vəfatından sonra onun böyük sərvətinin detalları ictimaiyyətə açıqlanıb.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, məlumata görə, sənətçinin mirası olduqca zəngindir.
Bodrumun Yokuşbaşı bölgəsində yerləşən, təxminən 800 kvadratmetrlik və 170 milyon TL dəyərində olduğu deyilən malikanə, Ataşehirdə beş mənzil, bank hesablarındakı vəsait, təxminən 6 milyon TL dəyərində avtomobil, həmçinin brilyant və digər qiymətli zinət əşyaları daxildir.
Mirasın kimə qalacağı uzun müddət maraq doğursa da, jurnalist Seyhan Erdağın açıqlamalarına görə, hüquqi prosedurlar tamamlandıqdan sonra əmlak sənətçinin bacıları arasında bölüşdürülüb. Bildirilib ki, miras Sevli Ürek və Nurgül Fırat arasında paylanıb.
Hazırda isə Bodrum və Ataşehirdəki əmlakların, eləcə də nəqliyyat vasitələrinin satışı ilə bağlı rəsmi proseslərin davam etdiyi qeyd olunur.
Fidan
Milli.Az
















