Realiti-şou ulduzu ölü tapıldı!

Realiti-şou ulduzu ölü tapıldı!

Realiti-şoular ilə tanınan 33 yaşlı Cordan Rayt Taylandda drenaj xəndəyində ölü tapılıb.

OLAY yazır ki, məşhur şəxsin cəsədinin Taylandda aşkar edildiyi bildirilib. Raytın cəsədinin Phuket əyalətinin Thalang rayonuna bağlı Choeng Thale bölgəsində tapıldığı qeyd olunub. Məlumata görə, hadisə ilə bağlı araşdırma başlanılıb, ölüm səbəbi isə hələ dəqiq müəyyənləşməyib.

Qeyd edək ki, 33 yaşlı Cordan Rayt 2018-ci ildə “The Only Way Is Essex” (TOWIE) və 2017-ci ildə “Ex on the Beach” proqramlarında iştirak edib.