Çelik Hüseyndən sonra azərbaycanlı izləyici ilə "QIRĞINA ÇIXDI" - FOTO

Çelik Hüseyndən sonra azərbaycanlı izləyici ilə "QIRĞINA ÇIXDI" - FOTO

Xəbər verildiyi kimi, türkiyəli müğənni Çelik bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edib. Lakin gecə zamanı baş verən bəzi məqamlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, tamaşaçılarla davranışı ilə bağlı tənqid olunan ifaçı ünvanına yazılan sərt şərhlərə səssiz qalmayıb. Sosial mediada azərbaycanlı istifadəçilərdən birinin səsləndirdiyi ittihamlara cavab verən Çelik, bu fikirlərlə razılaşmadığını bildirib.

Müğənni qeyd edib ki, onun Türkiyədə mütəmadi olaraq konsertləri keçirilir və çıxışlarının böyük əksəriyyəti qısa zamanda biletləri tükənən tədbirlər olur. O, həmçinin ABŞ, Almaniya, Belçika, Niderland və Avstraliya kimi ölkələrdə də səhnəyə çıxdığını vurğulayıb.

Bundan əlavə, ifaçı tənqid yazan şəxsin anonim profil arxasında gizləndiyini bildirərək sərt ifadələr işlədib və bu cür yanaşmanı qəbul etmədiyini açıq şəkildə ifadə edib:

"Başqası haqda nəsə deyə bilmərəm. Ancaq mənim hər ay Türkiyədə 15-20 konsertim var və hamısı qısa zamanda "sold-out" olur. Bunlar sizin öz düşüncələrinizdir. Amerika, Almaniya, Belçika, Niderland və Avstraliyada səhnələrə çıxıram. Siz ancaq saxta profildən bunları yaza bilərsiniz. Gerçək profilinizlə yaza bilməyəcək qədər qorxaq və xaraktersizsiniz".

Qeyd edək ki, konsert zamanı sənətçinin onunla şəkil çəkdirmək istəyən bəzi tamaşaçılara qarşı sərt davranması sosial mediada narazılıqla qarşılanıb.

Musa
Milli.Az