Türkiyənin məşhur müğənnisi Kənan Doğulunun qaldırdığı məhkəmə işi yekunlaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, müğənni "Gənclik marşı" albomunu (1999) rəqəmsal mediada icazəsiz istifadə etdiyi iddiası ilə "Bay Music" şirkətinə qarşı açdığı məhkəməni udub.
Belə ki, "Bay Music" musiqi şirkəti sözügedən əsərdən YouTube, Spotify və Apple Music kimi rəqəmsal musiqi kanallarında icazəsiz istifadə edib. Məhkəmə əsərlərin rəqəmsal mediada istifadəsinin dayandırılması barədə qərar verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun