Dünyaca məşhur reper Kanye Uestin Polşaya girişinə də qadağa qoyulub.
OLAY yazır ki, ölkənin Xarici İşlər Nazirliyi reperi faşist adlandırıb və onun yerinin həbsxana olduğunu bildirib.
Xatırladaq ki, son vaxtlar getdikcə Kanyenin daha çox ölkəyə girişi qadağan edilir. Bu yaxınlarda Böyük Britaniya hakimiyyəti də belə qərar qəbul edib, daha sonra isə Fransada keçiriləcək konserti ləğv olunub.
Son günlərdə Kanye Marseldə çıxış etməkdən imtina etdiyini açıqlayıb. Bu isə öz növbəsində onun bütün turunun taleyini sual altına qoyur.
















