Aktyor Fərda Xudaverdiyevin oğlu Raulun ad günü olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladının özəl gününü məkanlardan birində qeyd edib. Fərda məclisdən görüntüləri sosial şəbəkədə paylaşıb.
"Təbriklər, atanın ürəyi. İnşallah, vətəninə, xalqına layiqli vətəndaş ol. Üzün həmişə gülsün, oğlum" deyə, Fərda görüntülərə yazıb. O, oğlunun 6 yaşı tamam olduğunu vurğulayıb.
Qeyd edək ki, Fərdanın ilk nikahdan iki, ikinci evlilikdən də iki oğul övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun