"Mən efirə çıxan o adamları kişi hesab etmirəm" - VİDEO

"Mən efirə çıxan o adamları kişi hesab etmirəm" - VİDEO

Milli.Az bildirir ki, azxeber.com-un "Gəl danış" rubrikasının budəfəki müsahibi hər kəsin "Yeni Ulduz" yarışmasından tanıdığı, məşhur müğənni Vüqar Muradov olub.

Sənətçi, sosial səpgili verilişləri, insanların əxlaqi dəyərlərini pozmaqda günablandırıb.

Müğənni, həmin verilişlərin aparıcılarını qeyri səmimilikdə günahlandırıb:

"Bu tip verilişlərə münasibətim çox iyrəncdir. Elə verilişləri qınayıram. Düşünürəm ki, bu cür verilişlər ümumiyyətlə bizim cəmiyyətimizdə olmamalıdır. Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə cəmiyyətə hansısa xeyirləri dəyir. Əksinə. Əvvəllər bu hadisələr gizli olardı. Gizli də ört-basdır edilərdi. Ümumiyyətlə efirə çıxıb öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm. Yoldaşının kiminləsə qaçmağını kişi özünə ayıb bilməlidir. Hələ arada bağışlamaq varsa, bu kişiliyin süqutudur. O verilişlərin aparıcılarına da ayıb olsun deyirəm. Bununla çörək qazanmaq və o çörəyi evinə aparmaq dəhşətdir. Sənin bununla cəmiyyətə heç bir faydan toxunmur. Sən cəmiyyət üçün pis bir örnəksən. Asan yol tapıb pul qazanırlar. Başqa kanallara baxırlar və həmin kanala çıxanlardan daha da pis vəziyyətdə olanları efirə çıxardırlar. Vicdan məsələsidir də bu. Şoular yaradırlar. Zorla sağlam adamı gətirib xəstələndirirlər. Azərbaycan tamaşaçısı çox safdır. Ürəyi də təmizdir. Nə versən, yeyir. Çıxırlar efirə: "Bütün tamaşaçılarımı salamlayıram. Sizi çox sevirəm. Sizə qurban olaram" Vallah yalandır. Vicdanım haqqı yalandır. Bir insan ki, olduğu kimi yaşaya bilmir, o insanın başını burax getsin. Mən özümə söz vermişəm. Hər hansı bir verilişə gedəndə qabaqcadan şərt kəsirəm. Suallar olmasın deyirəm. Xüsusilə də "Niyə evlənmirsən?" sualı. Sənə nə? Buna görə də çoxunu çörəksiz qoymuşam. Kim ki mənə çörək gözündə baxırsa, qoy elə çörəksiz qalsın. Məni həkimlə, psixoloqla eyni verilişə çağırırlar. Axı mənim bağırsaq həkimi ilə eyni verilişdə nə işim var?"

Daha sonra Vüqar,  açıqsözlü olmağından qorxmadığını bildirib:

" O insanlar mənim başıma bəla açacaq çərçivədə insanlar deyillər. Mən ölkəmi də, insanlarını da sevirəm. Onlara mənfi təsir edən hər kəsi qınayacam. Uşağını atanları və s. o qədər insan çıxardırlar efirə. Guya ki, onlara canları yanır. Mənə belə şeylər çox qeyri-səmimi gəlir. O aparıcıların heç birinin orada olanlara yazığı gəlib etmir. Sadəcə reytinq xətrinə edirlər. Mən şəxsən gedib hamballıq edərdim onun yerinə. Amma vicdanımı itirməzdim. Mənim üçün başı dik yaşamaqdan böyük var-dövlət yoxdur".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun