“Xəyanət məni gözəl dəyişdi”

“Xəyanət məni gözəl dəyişdi”

Müğənni Lətifə Soyuöz  keçmiş həyat yoldaşının ona xəyanət etməsindən danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib. Lətifə deyib ki,  xəyanət onu çox dəyişib:

“Xəyanət məni gözəl dəyişdi, öz gücümü göstərdi. Əsl kimliyimi ortaya çıxardı. İnsan bəzən öz kimliyini unudur. Bu da özünə olan sevgi ilə bağlıdır. Mütləq deyil ki, güzgünün qarşısında dayanıb deyəsən, “mən beləyəm”, “ən gözəl mənəm” və sairə. Sadəcə kiçik şeylərdədir özünə olan sevgi... Zaman ayırmaq, sevdiyin işləri görmək, özünü çərçivədə hiss etməmək. İnsan anlamalıdır ki, o, bu həyata xoşbəxt olmaq üçün gəlib. Bəzən biz bunu unuduruq. Haradasa 10-12 il bundan əvvəl, hətta bir az da bundan artıq. Özünü unudursan, insan özünü unutmamalıdır. Xəyanət çox acı görünür, amma səni silkələyir və həqiqi kimliyin üzə çıxır. Ya bu məsələnin altında əzilib qalacaqsan, ya da özünü toparlayacaqsan ki, bundan sonra həyatımda bunlar olacaq”.