"Rəsmi nikahım yoxdur".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu "Dəyişən cavab" verilişində deyib.
Sənətçi iş adamı Famil Xəlilovla münasibətlərindən söz açıb:
"Mənim iki övladım var. Övladlarım mənim üçün rəsmi nikahdır. Rəsmi nikahım olmayaraq dünyaya uşaq gətirməyi "normaldır" və "düzgündür" heç zaman da demirəm.
Mənim övladlarım böyüyür, bacımın yetkinlik yaşında övladı var. Onu öz övladım kimi çox sevirəm. Mən desəm ki, mənim yaşadıqlarım "normaldır", o zaman başqalarına örnək addım kimi görsənə bilər. Bu, düzgün deyil...
Hər qadının qarşısına mənim həyatıma çıxan kimi doğru bir kişi çıxmaya bilər. Mənim həyatıma çıxan kişi, kişinin oğludur, sözünün üstündə dayandı, mən də ona sadiq oldum. Ağıllı insanam, uşaqlıqdan da "yox"-u, "pisi" də, "yaxşı"nı da görmüşəm. Hiss etdim ki, bu insan necə dürüstdür və məni aldatmayacaq. Heç zaman aldanmamışam da... Hansısa bir qadının qeyri rəsmi münasibətlərinin olmasını heç zaman istəmərəm və məsləhət görmürəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun