Vida mərasimində dava düşdü!

Vida mərasimində dava düşdü!

Məşhur türk aktyor Ferdi Atuner üçün Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan vida mərasimində mübahisə düşüb.

OLAY yazır ki, vida mərasimində baş verən bu hadisə xoşagəlməz müzakirələrə səbəb olub. Yeşilcam aktrisası Şehnaz Dilan ilə zalda olan bir şəxs arasında mübahisə yaranıb. Həmin anlarda aktrisa Asena Keskinci səhnədə rol yoldaşı Ferdi Atuner üçün çıxış edib. Mübahisənin böyüməsi ilə zalda gərginlik artıb və “Sənsən tərbiyəsiz!” kimi ifadələr səslənib.

Qeyd edək ki, ürək tutması nəticəsində vəfat edən teatr və serial aktyoru Ferdi Atuner daha çox “Bez bebek” teleserialı ilə tanınıb.