Xalq artisti Röya Ayxan və müğənni Əkbər Əliyev duet şəklində təqdim etdikləri “Ay Qız” mahnısı qısa zamanda böyük marağa səbəb olub.
OLAY yazır ki, mahnının klipi yutub platformasında 1 milyondan çox baxış toplayaraq trendə düşüb. Dinamik ritmi, yadda qalan sözləri və iki ifaçının uyğun səhnə enerjisi “Ay Qız”ı dinləyicilərin favoritinə çevirib.
















