Aşıq Mübariz Camaloğlu açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi ad günü məclisinə qatılmayan bəzi tanınmış simalardan gileylənib. O, bildirib ki, tədbirə ümumilikdə 480 nəfər iştirak edib və dəvət etdiyi məşhurların bir qismi prodüserləri ilə birlikdə məclisə qatılıb.
Aşıq qeyd edib ki, dəvət etdiyi bəzi şəxslərin gəlməməsi onu məyus edib. O, misal olaraq Zaur Nəbioğlunun adını çəkib və bildirib ki, onun tədbirinə qatılmadığı halda, özü daha əvvəl Zaurun məclisinə gedərək iştirak edib.
Mübariz Camaloğlu əlavə edib ki, doğum günü üçün dəvətləri bir həftə öncədən göndərsə də, bəzi şəxslərin gəlməməsi suallar doğurub:
"Ad günümdə ümumilikdə 480 nəfər iştirak etdi. Dəvət etdiyim tanınmış simalar prodüserləri ilə birlikdə gəlmişdilər. Gəlməsini gözlədiyim, amma iştirak etməyənlər də çox oldu. Onlardan Zaur Nəbioğlunu misal çəkə bilərəm. Mən isə onun məclisinə toydan çıxıb tələsik getmişdim ki, inciməsin. Hətta pul da yazdırdım, özü ilə oynadım. Amma o, mənim doğum günümdə iştirak etmədi. Halbuki bir həftə əvvəl dəvət göndərmişdim. Adama deyərlər, niyə gəlmirsən?".
Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















