Müğənni Nadir Qafarzadə ölkədə evlənənlərin sayının azalması boşananların isə artmasına münasibət bildirib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Nadir 2024-cü ilin statistikasını sosial şəbəkə hesabında paylaşaraq sözügedən məsələ ilə bağlı fikirlərini yazıb.
"Sizcə günah kimdə və nədədir? Seriallar yoxsa sosial şəbəkələr? "Qadın və ya kişi azadlıq isyəyir" yoxsa...", - deyə Nadir vurğulayıb.
Qeyd edək ki, 2024 - cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun