Laçında təmir olunan ev Fədayənindir? - AÇIQLAMA - VİDEO

Laçında təmir olunan ev Fədayənindir? - AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə müğənni Fədayə Laçına aid olduğu deyilən evin görüntüləri yayılıb. Qeyd edilib ki, müğənninin ata yurdu Laçındakı evi təmir olunur.

Milli.Az xəbər verir ki, moderator.az-a açıqlama verən müğənni məsələyə aydınlıq gətirib.

"Bu bizim ev deyil. Mən nənəmgildə (anamın anası) böyümüşəm. Xalamgilə həmin videonu yolladım, onlar dedilər ki, bura bizim ev deyil. Heç kəndimiz də deyil. Yayda, iyun ayında məhz Laçına getmək üçün Azərbaycana gələcəyəm. Qohum-əqrabalarımız gedib-gəlib, hətta evimizi də çəkib bizə yollayıblar. Biz Laçının Alxaslı kəndindənik", - deyə müğənni bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun