“O torpaqlarda yeni həyat qurmaq lazımdır”

“O torpaqlarda yeni həyat qurmaq lazımdır”

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

OLAY yazır ki, həmin ərazilərdə ilk növbədə, müasir infrastruktur formalaşdırılaraq, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova keçirilən işlərlə bağlı fikir bildirib:

“Azərbaycan mədəniyyəti üçün əlimizdən gələni edəcəm.Hər bir Azərbaycanlıya çağırış edirəm. Gəlin, bir olaq, birgə olaq. Hamımız dəstək olaq. O torpaqda yenidən yeni həyat qurmaq lazımdır. Və bu da bizim çiynimizə düşür”.

Eyni zamanda, bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanıb.